Yeni Lexus UX artıq Azərbaycanda - FOTOLAR

14:25 | 03.05.2019
Yeni Lexus UX artıq Azərbaycanda - FOTOLAR

Yeni Lexus UX artıq Azərbaycanda - FOTOLAR

3 May 2019-cu il tarixində Elektra Events Hall-da tam yeni Lexus UX modelinin rəsmi təqdimatı baş tutdu. Tərkibində avtomobil sektorunun nümayəndələri, iş adamları, jurnalistlər, tanınmış elm və incəsənət xadimləri olan qonaqlar prestijli yapon brendinin ən yeni avtomobili ilə yaxından tanış ola bildilər.
 
Bütün dünyanın avtomobil mütəxəsisləri və jurnalistlərin fikrincə Lexus mühəndisləri, dizayner və marketoloqlar şəhər gənclərinə ünvanlanmış son dərəcə parlaq və bol innovasiyalı kompakt krossover yaratmağa nail olublar.      
 
 
Gecənin bədii hissəsi də yüksək zövqlə təşkil olunmuşdu. Qonaqların qarşısında tanınmış musiqi və rəqs kollektivləri çıxışlar etdi, proqramın ən effektli anları isə Rusiyadan dəvət olunmuş şou-biznes ulduzu Vera Brejnevanın ifaları ilə bağlı oldu.
 
Aşağıda yeni model barədə məlumatı diqqətinizə çatdırırıq.     
 
YENİ LEXUS UX
 
Yeni UX cəsarətli dizayn və yüksək səmərəli güc aqreqatının vəhdətini yaratmaqla, eyni zamanda Lexus-un innovativ dəbdəbəsini və təhlükəsizliyini nümayiş etdirir.

Avtomobil dəbdəbəli idarəetməyə müasir və dinamik yanaşma axtaran şəhər sakinləri üçün nəzərdə tutulub. Belə yanaşma yeni və cəlbedicidir, eyni zamanda onların həyat tərzinə uyğun gəlir. 

Dinamik sazlanmış UX tez və ənənəvi Lexus rəvanlığı ilə seçilən xoş səyahət təmin etmək üçün yaradılıb. Bu cəhətlər onu lüks kompakt krossoverlər bazarının unikal nümayəndəsinə çevirir.

UX yeni Global Architecture - Compact (GA-C) platformasının istifadəsi ilə yaradılmış ilk Lexus-dur. Yüngül, lakin çox möhkəm konstruksiya, çox alçaqda yerləşən ağırlıq mərkəzi və təkmilləşdirilmiş asqı kökləmələri onu müstəsna çeviklik, rahatlıq və bənzərsiz idarəetmə xüsusiyyətləri ilə təmin edir.
UX 2,0 litrlik, 169 a.g və maksimal 205 Nm fırlanma anı  hasil edən benzin mühərriklə təklif olunur. 
 


 
İNTERYER VƏ DİZAYN: LEXUS-un YENİ DƏBDƏBƏLİ SİMASI

Lexus dizaynerləri UX salonunda dinamik lüks sedanın rahatlığı ilə krossover universallığının vəhdətini yaratmağa müvəffəq olublar. Materialların və işləmələrin yüksək keyfiyyəti ondan xəbər verir ki,  qarşımızda yapon ustalıq ənənələrini və qonaqpərvərliyini innovativ istehsal texnologiyaları ilə birləşdirən Lexus-dur.
 
Bununla yanaşı UX modelinin interyerinin dizaynı həm də arxayınlıq hissi yaradır. Misal üçün, qapı panelləri möhkəm çərçivəyə bənzədiyinə görə nəqliyyat vasitəsinin içində özəl təhlükəsizlik hissi təmin edilir. 

Evin eksteryeri ilə interyerinin arasında sərhədləri silən ənənəvi yapon memarlıq konsepsiyası - «Engawa»dan ruhlanan dizaynerlər UX modelinin daxilində də davamlı dinamika üslubunu əsas götürüblər. Sürücü yerindən baxanda, maraqlı təəsürat oyanır, sanki cihazlar panelinin yuxarı hissəsi ön şüşəyədək və hətta qanadlaradək uzanıb gedir. Bu, sürücü üçün daha geniş ətrafa görüntü imkanı, eləcədə avtomobilin ölçüləri və təkərlərin yerləşməsi barədə daha dəqiq hissiyat yaradır. Avtomobilə kənardan baxdıqda isə, adama elə gəlir ki, kapot ön şüşəni yararaq birbaşa cihazlar paneli ilə birləşib. 

Maraqlıdır ki, Kyusyuda yerləşən zavodda istehsal olunan hər bir avtomobil, zavodu tərk etməzdən əvvəl Lexus Takumi ustaları tərəfindən Quiet Room (sakit otaq) adlanan xüsusi qapalı ərazidə sınaqdan keçirlər. Burada qapıların bağlanması zamanı yarana biləcək istənilən artıq səslər və digər xırda xətalar aradan qaldırılır.  
 
 
SEAT-IN-CONTROL KONSEPSİYASI

«Seat-in-control» konsepsiyası sayəsində UX sürücüsü sükan arxasında özünü son dərəcə yaxşı hiss edir. Avtomobilin əsas funksiyalarının idarəetmə orqanları salonun sürücü hissəsində cəmləşdirilib. Oturacaqların forması isə sürücüyə onları rahat vəziyyətdə idarə etməyə imkan verir.

Dəbdəbəli Lexus üslubu UX salonunun hər bir qarışında hiss olunur. Üçmilli sükan çarxı və əqrəbli saat, misal üçün, Lexus LS-dən götürülüb. Lexus-un digər modellərində də istifadə olunan Lexus Climate Concierge sistemi isə, isidilən və soyudulan hava kütləsini isidilən və soyudulan oturacaqları nəzərə almaqla elə istiqamətləndirir ki, salonda komfortlu temperaturu təmin etsin. Lexus-un xırda detallara diqqət göstərməsi artıq bütün dünyada bəllidir. Bunu təsdiq etmək üçün yeni modelin sadəcə tavan örtüyünə toxunmaq yetərlidir.  

Xüsusi dizayn nəticəsində artıq ön şüşədə sürücünün diqqətini yayındıra biləcək heç bir kölgələr əmələ gəlmir. İdarəetmə düymələrini işlətdikdə yaranan "lexus duyğusu” barədə isə dayanmadan danışmaq olar. 
 
DÜŞÜNÜLMÜŞ XARİCİ GÖRÜNÜŞ SAYƏSİNDƏ UNİVERSALLIQ

UX şəhər gəzintiləri üçün idealdır. 2640 mm olan təkərlərarası baza rəvan hərəkətə və salonun genişliyinə xidmət edir. 4495 mm-lik uzunluq və öz sinfində ən yaxşı geriyə dönmə diametri (10,4 m) Lexus UX avtomobilinə asanlıqla manevr etməyə və rahat parklanmağa imkan verir.

Salona giriş-çıxış isə omba xəttinin optimal hündürlüyü, qapıların alt hissəsinin kəsik formalı olması və oturacağın mükəmməl profili kimi bir sıra amillər nəticəsində daha da rahat olub. UX salonundakı əşyalar üçün nəzərdə tutulmuş konsol isə həcminə görə öz sinfində liderdir.

Baqaj bölməsinin avtomatik qapısı UX-in yüklənməsini daha da asanlaşdırır, damdakı alümin yük qövsləri isə müxtəlif yardımçı tutqacların quraşdırılmasına imkan verir.
 
SİZİN İSTƏKLƏRİNİZƏ UYĞUNLAŞAN ASQI

Bayraqdar LC Coupe-də debüt edən ən son verisya Lexus Adaptive Variable Suspension (AVS) UX F SPORT təhcizat səviyyəsində mümkündür. Yeni AVS sistemi döngələrdə avtomobilin yana əyilməsini azaldır və nahamar şəhər yollarında rahatlığı artırır. 

Bundan savayı, Pre-Collision Cooperative Control sistemini istifadə etməklə, AVS ani olaraq dempferləmə gücünü artıra bilir. Bu, nəqliyyat vasitəsinin kuzovunun əyilmə bucağını azaltmaqla sürücüyə toqquşmadan qaçmaq imkanı verir. VSC Cooperative Control avtomobil sürüşdükdə və təkərlərin yol səthi ilə kontaktı dəyişdikdə müvafiq dempferləməni tətbiq etməklə VSC sisteminin səmərəliyini artırmış olur.  
 
 

TƏHLÜKƏSİZLİK VƏ SÜRÜCÜYƏ YARDIM SİSTEMLƏRİ

UX səkkiz ədəd təhlükəsizlik yastığı ilə təchiz olunur: sürücü və ön sərnişin üçün frontal təhlükəsizlik yastıqları, sürücü və ön sərnişinin dizləri üçün təhlükəsizlik yastıqları, sürücü və ön sərnişinin oturacaqlarında quraşdırılmış yan təhlükəsizlik yastıqları və yan təhlükəsizlik pərdəsi.

Lexus Safety System + - potensial toqquşma ehtimalını və nəticələrini azaldan və həmçinin sürücüyə yardım üçün nəzərdə tutulmuş standart təhlükəsizlik texnologiyalar toplumudur. Lexus Safety System + paketinə istənilən sürətdə çalışan dinamik kruiz-kontrol, toqquşmaların qarşısını alan PCS sistemi, hərəkət zolağına nəzarət sistemləri, sükan assistenti və intellektual uzaq işığa malik faralar daxildir.

Lexus UX onun dizayn xüsusiyyətlərini vurğulayan 13 rəng çalarında təklif olunur.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM