Toyota bu il Azərbaycan bazarının 30%-nə iddialıdır - FOTOLAR

17:36 | 28.02.2019
Toyota bu il Azərbaycan bazarının 30%-nə iddialıdır - FOTOLAR

Toyota bu il Azərbaycan bazarının 30%-nə iddialıdır - FOTOLAR

Bu gün Yaponiyanın Toyota avtomobil şirkəti Azərbaycan bazarına çıxardacağı iki modelinin , yeni Corolla və RAV4 avtomobillərinin,  təqdimat mərasimini keçirib. Gürcüstanın Rustavi şəhərində təşkil edilən tədbirin iştirakçıları həm yeni modellərin  üstünlükləri barədə məlumat almaq, həm də onları  sürmək imkanı əldə ediblər.
 


Texnoloji inkişaf baxımından daha sürətli və innovativ yeniliklər edən yaponlar avtomobil sahəsində də dünyaya məşhur brendlər təqdim etməkdədirlər.  
 
Əvvəlki RAV4 modeli yığılmış və sadə dizayna malik idi. Bu modelə baxdıqda insan maşında heç bir artıq və qabarıq şey görmürdü. Bundan fərqli olaraq yeni model RAV4  xarici görünüş baxımından daha parlaq, güclü görünür və həmçinin monolitdir.  
 
 

Yeni "Corolla” isə  xromla işlənmiş füsunkar radiator barmaqlığı və LED tipli möhtəşəm ön faraları rəvanlıqla bir araya gətirən futuristik dizayna malidkir. Bundan əlavə, yeni modeldə avtomobilin salonu intellektual dizaynı və komfortluğu özündə birləşdirir.
 

Toyota  Abşeron Mərkəzinin marketinq meneceri  Kamran Məmmədov  , Azərbaycan bazarına çıxarılacaq yeni modellərin uğur qazanacağına əmindir.
 
"2014-cü ildə Azərbaycanın avtomobil bazarında  36 min maşın satılıb. Daha sonra bu rəqəm azalmağa doğru gedərək, sonrakı illərdə 15 min  və  5 min avtomobilə qədər düşüb. 2019-cu ildə avtomobil bazarında 20 faizlik artım gözlənilir . Bu isə satışın  7 min avtomobilə qədər artması deməkdir. Biz əminik ki , bu il satılacaq avtomobillərin 30 faizi Toyotanın payına düşəcək”, - deyə Anew.az-a müsahibəsində Kamran Məmmədov bildirib.
 
Onun sözlərinə görə, avtomobil bazarında gözlənilən dirçəliş bütövlükdə Azərbaycan iqtisadiyyatının  inkişaf tedensiyaları ilə bağlıdır.  Keçən ildən ölkə iqtisadiyyatında müşahidə olunan artım insanların avtomobillərə olan marağını və tələbatını yenidən artırmağa başlayır.  
 

 
Xatırladaq ki, 2006-ci ildən fəaliyyətdə olan Toyota Bakı Mərkəzi "Toyota Qafqaz və Orta Asiya” şirkəti tərəfindən, satış göstəricisi sertifikatı ilə təltif olunub. Mərkəz "Toyota Motor Corporation” tərəfindən Toyota standartlarına tam uyğunluq sertifikatı ilə təltif edilib.Toyota Bakı Mərkəzi iki dəfə beynəlxalq İchiban mükafatına layiq görülüb. Bu mükafat Toyota Motors Avropa tərəfindən müştəri məmnuniyyəti və "Toyota Motors Corporation”nın standatrları tələbinə cavab verdiyinə görə verilir.
 
Paytaxt Bakıda yapon markasının həvəskarları üçün 2016-ci ildən rəsmi diller fəaliyyət göstərir. Toyota Abşeron Mərkəzi adlanan  rəsmi diller bu marka həvəskarlarını Toyotaya daha da yaxınlaşıdırıb.
 
Nigar Kərimova,
Minirə Qubatova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb