Yeni mövsümün ilk tamaşası - FOTOLAR

21:27 | 08.08.2014
Yeni mövsümün ilk tamaşası - FOTOLAR

Yeni mövsümün ilk tamaşası - FOTOLAR

“Sarıköynəklə Valehin nağılı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə açacaqAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 20-də Xalq Yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə açacaq.Teatrın mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə ötən mövsüm hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, qarşılaşdıqları çətinliklərdən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən mənfi hallara qarşı mübarizə aparmağa səsləyir.Tamaşada əsas rolları xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, əməkdar artistlər Naibə Allahverdiyeva, Lətifə Əliyeva, Qəmər Məmmədova, aktyorlar Günel Məmmədova, Elnur Kərimov və başqaları ifa edəcəklər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM