Yeni tədris ilindən məktəblərdə müəllimlərin yenilənməsi 20% üzərində olacaq - Nazir

11:31 | 01.07.2024
Yeni tədris ilindən məktəblərdə müəllimlərin yenilənməsi 20% üzərində olacaq - Nazir

Yeni tədris ilindən məktəblərdə müəllimlərin yenilənməsi 20% üzərində olacaq - Nazir

Yeni tədris ilindən məktəblərdə ibtidai sinif müəllimlərinin 20% yeniləcək. Bunu elm və təhsil naziri Emin Əmrullayev iyulun 1-də keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı bildirib. 
 
Nazir vurğulayıb ki, təhsilin əsas problemləri ibtidai təhsilə bağlı məsələdir və buna görə sertfikasiya kefiyyətin artırılması üçün əsas göstəricilərdən biridir. 
 
İbtidai sinif müəllimlərinin sertfikasiya prosesi tam yekunlaşıb. Bu ildən digər fənn müəllimləri də sertfikasiya prosesinə cəlb olunub və proses 2026-ci ilə qədər yekunlaşacaq. 
 
Sertfikasiya üzrə ən aşağı nəticəni cənub bölgəsi üzrə olan müəllimlər toplayıb.
 
Bundan öncə elm və təhsil naziri sertfikasiya ilə bağlı nəticələri açıqlayarən bildirib ki, aşağı nəticə göstərən bəzi məktəblərdə hər 3 müəllimdən birinin əmək müqaviləsinə xitam veriləcək. 
 
Sertfikasiya prosesində ümumilikdə 5 mindən çox müəllim kəsilib. 
 
 Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM