Yerli sakinləri girov kimi istismar etmək şantajdan başqa bir şey deyil - Hikmət Hacıyev

23:30 | 26.07.2023
Yerli sakinləri girov kimi istismar etmək şantajdan başqa bir şey deyil - Hikmət Hacıyev

Yerli sakinləri girov kimi istismar etmək şantajdan başqa bir şey deyil - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya "həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair paylaşımına cavab verib.

Prezidentin köməkçisi bu barədə "Twitter”də yazıb:

"Brüsseldə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır. Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılması imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM