Yük maşını bir qrup gənci əzdi

09:48 | 03.07.2014
Yük maşını bir qrup gənci əzdi

Yük maşını bir qrup gənci əzdi

Rusiyada 2 gəncin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. ANS PRESS-in xəbərinə görə, sürücü yüksək sürətlə hərəkət edən yük maşınını piyada keçidindən yolu keçməyə çalışan bir qrup gəncin üstünə sürüb. Hadisə sürücünün avtomobilə nəzarəti itirməsi nəticəsində baş verib. Baş vermiş qəza qarşı istiqamətdə hərəkət edən avtomobilin kamerasının yaddaşına həkk olunub. Qəzada iki gəncin faciəvi şəkildə öldüyü bildirilir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM