• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Yunanıstanda Covid-19-un yeni variantı aşkar edilib

Yunanıstanda  Covid-19-un yeni variantı aşkar edilib
21.09.2023 22:17
Yunanıstanda Covid-19-un yeni variantı olan "Pirola" növü aşkarlanıb.

Bildirilir ki, COVİD-19 səbəbiylə ölənlərin və xəstəxanaya yerləşdirilənlərin sayı artıb.

Sentyabrın 11-17 aralığında  Covid-19 səbəbiylə 39 nəfər vəfat edib.
 
Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) hesabatına görə, 5 xəstədə "Pirola" kimi tanınan Covid-19-un "BA.2.86" variantı aşkar edilib.

Müayinələrə görə, Covid-19-un Eris variantı son həftələrdə ən çox Yunanıstanda aşkarlanıb.

Bundan əvəl Türkiyədə Covid-19-un yeni variantı olan "Eris" variantına 9  nəfər yoluxub. Bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca sosial media hesabında paylaşım edib.


ÜST-ün məlumatına görə, bu ştamma əvvəlcə  Çindən, ardınca ABŞ, Cənubi Koreya, Yaponiya və Kanadada rast gəlinib.

EG.5, bu yaxınlarda ABŞ-da üstünlük təşkil edən Covid ştamına çevrildi və CDC yeni halların 20%-dən çoxunu təşkil etdiyini təxmin edir.

Dünyada koronavirusun "Eris” (EG.5) variantına son 28 gündə dünya üzrə 1,5 milyon insan yoluxub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Hazırda Azərbaycanda koronavirusun "Eris" variantının yayılması barədə rəsmi məlumat yoxdur. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.

O bildirib ki, hazırda qonşu ölkələrdə COVID-19-un yeni variantı aşkarlanıb.

Aytac Zeynalova 
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Dünya 11:34
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Albaniyada parlament seçkiləri keçirilir
Dünya 10:41
Albaniyada parlament seçkiləri keçirilir
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Dünya 08:47
Pakistan bütün aviareyslər üçün hava məkanını bağlayıb
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Dünya 22:30
Vatikan Papa XIV Leo-nun rəsmi gerbini təqdim edib
Bu ölkədə şahmat qadağan edilib
Dünya 21:55
Bu ölkədə şahmat qadağan edilib
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Dünya 18:49
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb - 8 nəfər ölüb, 20-si yaralanıb
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Dünya 17:35
Pakistan və Hindistan arasında tam atəşkəs əldə olunub
Pakistanın Baş naziri təcili iclas çağırıb
Dünya 10:57
Pakistanın Baş naziri təcili iclas çağırıb
Merz, Makron və Starmer Kiyevə səfər ediblər - KİV
Dünya 09:12
Merz, Makron və Starmer Kiyevə səfər ediblər - KİV
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol