Zahid Oruc STM-dəki fəaliyyətini dayandırıb - RƏSMİ

13:40 | 07.01.2024
Zahid Oruc STM-dəki fəaliyyətini dayandırıb - RƏSMİ

Zahid Oruc STM-dəki fəaliyyətini dayandırıb - RƏSMİ

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc müvəqqəti olaraq Mərkəzdəki fəaliyyətini dayandırıb. Bu barədə məlumatı qurumun mətbuat xidmətindən verilib. 
 
Zahid Orucun STM-dəki fəaliyyətinin dayandırılması 7 fevral Prezident seçkilərində iştirak etməsi ilə bağlıdır. 
 
Müvəqqəti olaraq STM-in sədri vəzifəsi mərkəzin İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğluna həvalə edilib.

"Zahid Oruc Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb", - məlumatda deyilir. 

Deputat 40 min səs toplamaqla Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədliyini təsdiq edib. 
 
Bundan əvvəl Zahid Oruc 2018-ci il Prezident seçkilərində iştirak edib.
O, 122 956 səs toplaya bilib.
 
Zahid Oruc II, III, IV, V, VI çağırış Milli Məclisin deputatıdır. 
 
Hazırda deputat həm də Sosial Tədqiqatlar Mərkəzinin sədridir.

Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Bundan əvvəl Azərbaycanda preizdent seçkiləri 2018-ci ildə keçirilib. 

2003-cü ildən sonra Azərbaycanda keçirilən bütün prezident seçkilərinin qalibi İlham Əliyev olub.

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti