Zakir Həsənov macar həmkarı ilə görüşüb

19:17 | 28.06.2024
Zakir Həsənov macar həmkarı ilə görüşüb

Zakir Həsənov macar həmkarı ilə görüşüb

Macarıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov macar həmkarı Kristof Szalay-Bobrovnicski ilə görüşüb.Bu barədə MN-dən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM