Müdafiə Nazirliyinin məlumatına görə, qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri və qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyət məsələləri bir daha öyrənilib.
Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan general-polkovnik Zakir Həsənov şəxsi heyət, döyüş texnikaları və digər hərbi vasitələrin hazırlığı və tətbiqi məsələləri ilə maraqlanıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yerə baxış keçirərək mərhumların yaxınlarına baş sağlığı verib. Sakinlərlə görüşdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görüldüyü də diqqətə çatdırılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !