"Zaman" qəzetinin binası TRT-yə verildi

23:20 | 23.08.2016

"Zaman" qəzetinin binası TRT-yə verildi

Türkiyənin İstanbul şəhərinin Yenibosna səmtindəki Fətullah Gülən şəbəkəsinə məxsus "Zaman” qəzetinin binası TRT televiziyanın tabeliyinə verilib.
 
Axar.az xəbər verir ki, televiziyanın bir neçə studiya və qurumlarının burada fəaliyyət göstərəcəyi bildirilib.
 
Məlumata görə, bir neçə gün əvvəl binaya baxış keçirən TRT rəhbəri Şenol Göka buranı çox bəyəndiyini və olduqca əlverişli yerdə olduğunu söyləmişdi.
 
Xatırladaq ki, 15 iyul hərbi çevriliş cəhdindən sonra "Zaman” qəzetinin fəaliyyəti dayandırılmış və Yenibosnadakı binası dövlətin nəzarətinə keçmişdi.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM