Zaporojye vilayətinin qərbində yerləşən Enerqodar şəhəri ətrafında döyüşlər gedir, bu barədə yerli sakinlər BBC-ə məlumat verib.
Bu şəhərin yaxınlığında Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye Atom Elektrik Stansiyası yerləşir. Sakinlər AES yaxınlığındakı yolda hərbi texnikanın kütləvi şəkildə yığışdığını müşahidə edir.
Yerli sakinlər həmçinin bildirir ki, Enerqodarın hər tərəfində döyüşlər gedir, həyəcan siqnalı səsi gəlir, şəhəri tərk etmək mümkün deyil.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !