"3+3" flatformalı xarici işlər nazirlərinin görüşü üzərində iş aparılır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bildirilib ki, görüşün tarixi vaxtı barəsində razılaşma əldə edildikdən sonra elan ediləcək.
Bundan əvvəl Türkiyə bəyan edib ki, 3+3 formatlı xarici işlər nazirlərinin görüşünün vaxtı yaxın zamanda açıqlanacaq.
Bundan əvvəl İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kani bildirib ki, Tehran və Moskva Qafqazda yaxşı əməkdaşlıq edir və 3+3 əməkdaşlıq formatı Qafqaz regionunda regional təhlükəsizliyi təmin edə bilər.
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib.
Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb.
İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.
Gülnar

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !