Zaxarova Paşinyanı hansı KTMT ölkələrinə qarşı iddialarının olduğunu açıqlamağa çağırıb

15:31 | 23.05.2024
Zaxarova Paşinyanı hansı KTMT ölkələrinə qarşı iddialarının olduğunu açıqlamağa çağırıb

Zaxarova Paşinyanı hansı KTMT ölkələrinə qarşı iddialarının olduğunu açıqlamağa çağırıb

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı ölkələrinə qarşı iddialarının olduğunu açıqlamağa çağırıb. Bu barədə Tacc agentliyi yazıb. 
 
"Paşinyanın bu barədə bəyanatına cavab olaraq bildiririk ki, O dəstək olan KTMT ölkələrinin adını açıqlasın. Rusiyaya gəlincə, o, mümkün olan hər şeyi etdi və bu barədə Rusiya prezidenti Vladimir Putin danışıb. O, 2020-ci il oktyabrın 17-də Rusiya televiziyasında bu barədə danışıb və bildirib ki, "Ermənistan özünü tərk edilmiş və unudulmuş hiss etməsin”, - Zaxarova Prezidentin çıxışından sitat gətirib. 
 
Bundan əvvəl Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) "Ermənistanın suveren ərazilərini işğal etdiyi” barədə siyasi bəyanət gözlədiyi ilə bağlı açıqlama verib. 
 
İyunda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. 


Bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir” sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.
 
Hazırda Ermənistan KTMT-dakı fəaliyyətini dondurduğunu açıqlayıb. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb