Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin avqustda Azərbaycana səfəri gözlənilir. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada BMTM-nin rəhbəri Fərid Şəfiyev deyib.
Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Özbəkistanın Fizulidə təhsil müəssisəsi tikməsi iki ölkə arasında əlaqələrin inkişafına bilavasitə töhvə verən bir məsələdir.
"Bu səfər Azərbaycan üçün
xüsusi əhəmiyyət daşıyır. Son vaxtlar Azərbaycanla Özbəkistan arasında əlaqələr
daha da inkişaf edir. Bu əlaqələrin yeni mərhələyə qədəm qoyduğunun şahidiyik.
Özbəkistanın Füzulidə təhsil müəssisəsi tikməsi və Azərbaycanın Qarabağda
gördüyü işlərə böyük dəstək verməsi iki ölkə arasında əlaqələrin inkişafına
bilavasitə töhvə verən bir məsələdir. Bu gün bizim əlaqələrimiz sürətlə inkişaf
edir və Orta Asiya respublikaları ilə Azərbaycan arasında sürətli işlər gedir.
Hesab edirəm ki, bu çox önəmli bir məsələdir. Bu bütövlükdə əlaqələrin daha da
inkişaf etməsinin göstəricisidir. Mövcud əlaqələr Türk Dövlətləri Təşkilatı və
digər beynəlxalq qurumlar çərçivəsində də özünü açıq şəkildə göstərir. İki ölkə
arasında qarşılıqlı əlaqələr bununla bitməyəcək və bundan sonra da bir sıra
yeni layihələrin təməli qoyulacaq”, - deputat bildirib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sonuncu dəfə martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hazırda Azərbaycanla Özbəsitan arasında parlamentarası əlaqələr işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 1997-ci il yaradılıb. Hazırda deputat Eldar İbrahimov bu işçi qrupunun rəhbəridir. Özbəsitan parlamentində isə hazırda Azərbaycanla əlaqələr işçi qrupu yoxdur.
Eltac Nurullazadə
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !