Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək. Bu barədə Özbəkistan Prezidentinin saytında məlumat verilib.
Mirziyoyevin səfəri zamanı Füzulidə Özbəkistan tərəfindən tikilən məktəbin açılışının olacağı gözlənilir.
Siyasi məsələlər üzrə şərhçi Tural İsmayılovun sözlərinə görə, səfər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanacağı gözlənilir.
"Özbəkistan prezidentinin Azərbaycana səfəri önəmli bir tarixi dövrə təsadüf edir. Azərbaycanla Özbəkistan arasında özəlliklə bir neçə ildə əlaqələr daha da yüksək səviyyəyə çatıb. Azərbaycan Prezidentinin Özbəkistana səfəri, Özbəkistan rəhbərinin isə Azərbaycana səfərləri gerçəkləşib. Bu gün Özbəkistan və Azərbaycanın həm türk dövlətləri təşkilatında, həm qoşulmama hərəkatında, həm də bir çox təşkilatlarda önəmli partnyorlarından biridir. Təkcə türk dövlətləri təşkilatında deyi, ikili əlaqələr baxımından da Özbəkistan Azərbaycan münasibətləri maksimum səviyyəyə çatıb. Prezident İlham Əliyevin Özbəkistana səfərində Özbəkistan və Azərbaycan arasında tarixi Daşkənd bəyannaməsi imzalanıb. Bu bəyannamənin də tam şəkildə yerinə yetirildiyini görürük. Eyni zamanda Özbəkistan Azərbaycanın işğaldan azad edilmiş rayonunlarda bir layihəni öz üzərinə götürüb. Bu da böyük qardaşlıq jestlərindən hesab etmək olar. Bu səfər çərçivəsində əməkdaşlıq müqavilələrinin imzalanacağını gözləyirəm. Eyni zamanda Özbəkistanla Azərbaycan arasında iqtisadi əlaqələrdə olduqca genişdir",- politoloq bildirib.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev sonuncu dəfə martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hazırda Azərbaycanla Özbəsitan arasında parlamentarası əlaqələr işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 1997-ci il yaradılıb. Hazırda deputat Eldar İbrahimov bu işçi qrupunun rəhbəridir. Özbəsitan parlamentində isə hazırda Azərbaycanla əlaqələr işçi qrupu yoxdur.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !