Ukrayna uduzsa, növbədə Avropa və ABŞ-dır - Zelenski

18:52 | 28.03.2024
Ukrayna uduzsa, növbədə Avropa və ABŞ-dır -  Zelenski

Ukrayna uduzsa, növbədə Avropa və ABŞ-dır - Zelenski

Ukraynanın Rusiya ilə müharibədə qələbəsi Vladimir Putini zəiflədəcək, amma uduzsa, Rusiya bununla  dayanmayacaq, ABŞ və Avropa ölkələri müharibə ilə üzləşə bilər. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Putin hakimiyyətdə olarkən müharibəndə qalib gələ biləcəyi ilə bağlı suala cavabnda Zelenski etiraf edib ki, bu, böyük bir problem olacaq.

Eyni zamanda, o qeyd edib ki, "hər kənd uörunda” aparılan müharibə.də (Rusiyanın böyük itkilər bahasına əhəmiyyətsiz yaşayış məntəqələrini ələ keçirdiyi) qələbə Rusiya prezidentini zəiflədəcək.

"Onun (Putin) üçün biz Rusiya Federasiyasının peykiyik. Hazırda bu, bizik, sonra Qazaxıstan, sonra Baltikyanı ölkələr, sonra Polşa, sonra  Almaniyanın ən azı yarısına tamah salacaq", - Zelenski bildirib.

Onun fikrincə, Putin keçmiş Sovet İttifaqını öz imperiya şöhrətinə və coğrafi sərhədlərinə qaytarmaqda qərarlıdır.

"Sabah belə raketlər istənilən dövlətə uça bilər. Bu təcavüz və Putinin ordusu Avropaya gələ bilər, sonra ABŞ vətəndaşları, ABŞ əsgərləri Avropanı müdafiə etməyə məcbur olacaqlar, çünki onlar NATO üzvüdürlər, " -  prezident vurğulayıb.
 
"Birləşmiş Ştatlar Ukraynaya kömək edir və biz onların dəstəyinə, bu çoxtərəfli dəstəyə görə minnətdarıq, lakin ABŞ-da müharibə getmir", - prezident əlavə edib.

Onun fikrincə, müharibə çox tez Avropa və ABŞ-a keçə bilər.

"80-ci illər, sonra 90-cı illərin sonu - o (Putin) bunu heç vaxt bağışlamayacaq. O, buna inanır. Onun fikrini dəyişməyə ehtiyac yoxdur. Onu dəyişmək lazımdır. Onu dəyişdirməliyik", - Zelenski Putinin Soyuq Müharibədən əvvəlki dünyanın dağılması ilə bağlı kin bəslədiyinə eyham vurub. 

Zelenski əlavə edib ki, Putin Moskva yaxınlığındakı son terror aktından bir məqsəd üçün istifadə edir. O, "Ukraynanın mövcud olmadığını” əsaslandırmaq istəyir.

Ukrayna liderinin sözlərinə görə, Putinin Ukraynanı Moskva yaxınlığında baş vermiş son terror aktında əli olması ilə bağlı ittiham etməyə çalışması onun üçün sürpriz olmayıb. "İŞİD məsuliyyəti üzərinə götürdükdən sonra belə!" – Zelenski təəccübünü gizlətməyib. 

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb