"Zirə" hazırlıq planını açıqlayıb

15:45 | 18.06.2022

"Zirə" hazırlıq planını açıqlayıb

2022-ci il iyunun 13-dən təlim-məşq toplanışına start verən "Zirə"nin hazırlıq planı bəlli olub.

Paytaxt təmsilçisi iyunun 23-dək məşqlərini Bakıda keçəcək. 1 gün sonra Türkiyəyə yola düşəcək "qartallar" Bolu şəhərində "Vonresort" otelində məskunlaşacaq. "Qartallar" bu müddətdə iki yoxlama oyunu keçirəcək.

"Zirə" iyulun 7-də Bakıya dönəcək. İsrailin "Makkabi" (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq.

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti