"Football Italia" nəşri xəbər verir.
41 yaşlı hücumçu milli komandadan göndərilmiş dəvətdən imtina edib.
Təcrübəli forvard karyerasını başa vurmasa da, fiziki formasında problem yaşadığı mövsümdən sonra fasilə vermək qərarına gəlib.
"Milan" sona bir tur qalmış A Seriyasında 83 xalla liderdir. İkinci sıradakı "İnter"in 81 xalı var. İbrahimoviçin klubla müqaviləsi yayda başa çatacaq. İsveç millisi Millətlər Liqasında mübarizəyə iyunun 2-də Sloveniya səfərində başlayacaq. Komanda iyunun 5-də və 12-də Norveçlə, iyunun 9-da Serbiya ilə üz-üzə gələcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !