• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Zülfüqar Mikayılov Qobustana göndərildi

Zülfüqar Mikayılov Qobustana göndərildi
17.04.2018 18:00
Bu gün Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan "Müsəlman Birliyi Hərəkatı” təşkilatının üzvü Zülfüqar Mikayılov və digərlərinin cinayət işi üzrə proses yekunlaşıb. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə hökmün Z.Mikayılovla bağlı hissəsinə dəyişiklik edilib. 

Onun cəzasının müddəti olduğu kimi saxlanılsa da, cəzanı çəkəcəyi yer dəyişdirilib. Z.Mikayılovun ümumi rejimli cəzaçəkmə müəssisəsindən Qobustan qəsəbəsində yerləşən xüsusi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməsinə qərar verilib. 

Digər şəxslərlə bağlı hökm qüvvədə saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov, Elman Ağayev, Mehman Quliyev, Ramil Seyfullayev və Faiq Allahverdiyevin hər biri 13 il, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov və Əli Hüseynovun hər biri 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhkəmə “Sputnik Azərbaycan”ın əməkdaşları ilə bağlı qərar verib
Cəmiyyət 23:01
Məhkəmə “Sputnik Azərbaycan”ın əməkdaşları ilə bağlı qərar verib
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Cəmiyyət 21:50
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Şəmkirdə istixana yanıb
Cəmiyyət 21:32
Şəmkirdə istixana yanıb
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:07
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
DTX və DSX birgə əməliyyat keçirib
Cəmiyyət 19:00
DTX və DSX birgə əməliyyat keçirib
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Cəmiyyət 18:57
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Cəmiyyət 18:30
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Cəmiyyət 18:19
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Cəmiyyət 17:53
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol