Aqil Abbas: “Qarabağ”ın qələbəsindən danışdı

16:00 | 01.11.2017
Aqil Abbas: “Qarabağ”ın qələbəsindən danışdı

Aqil Abbas: “Qarabağ”ın qələbəsindən danışdı

"Qarabağ” klubu növbəti tarixi uğuru ilə futbol ictimayyətini, bütün Azərbaycan xalqını sevindirdi.

Anews.az xəbər verir ki, futbolçularımız Madridin "Atiletiko” komandası ilə cavab görüşündə yüksək səviyyəli oyun nümayiş etdirərək, son 35 dəqiqəsini azlıqda qalmalarına baxmayaraq, əzmkarlıqla qələbəyə bərabər heç-heçəyə nail oldular. 

Məsələ ilə bağlı Modern.az-a danışan millət vəkili Aqil Abbas deyib ki, "Qarabağ” klubu qarğışla yaranmayıb ki, qarğışla da dağılsın.

"Qarabağın qələbəsi haqqında ağlına gələni yazanların çoxunun futboldan xəbəri yoxdur. Heç bir komanda belə bir çempionatda, xüsusilə də kubok almaq istədiyi çempionatda saxta oyun oynaya bilməz. "Atletiko” nə qədər çalışsa da, "Qarabağ”a qol vura bilmədi, əgər saxtakarlıq olsaydı, zəif oynayardılar. 45 dəqiqə "Qarabağ”ın qapısına qol vurmaq üçün özlərini öldürdülər. Bu oyunda saxtakarlıq etmək mümkün deyil, bütün dünya oyunu izləyirdi. Əgər "Atletiko” "Qarabağ”a qalib gəlsəydi, iki milyon avro pul qazanacaqdı. "Qarabağ” ona nə qədər pul verə bilərdi ki? Bütün səsləndirilən fikirlər əsassızdır. Normal ağlı, düşüncəsi olan hər bir azərbaycanlı, türk bu qələbəyə sevinir. "Qarabağ”ın qələbəsinə qısqanclıqla yanaşanlar bəlkə ermənidir, Azərbaycana düşmən olan biridir. Qanında qarışıqlıq olan insanlar bu qələbəyə kölgə salmağa çalışacaqlar”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb