Azərbaycanlı qadını 4 minə əmisi oğluna satdı

14:33 | 11.08.2018
Azərbaycanlı qadını 4 minə əmisi oğluna satdı

Azərbaycanlı qadını 4 minə əmisi oğluna satdı

Türkiyənin Manisa vilayətinin Gördes rayonunda əmisi oğlunu ödəniş əsasında Azərbaycanlı qadınla evləndirən kişi saxlanılıb.

Unikal.org xəbər verir ki, Güneşlidə yaşayan 44 yaşlı A.R.T. əmisi oğlu K.G-yini Azərbaycanlı qadınla birgə yaşamaq məqsədi ilə tanış edib.

O, buna görə, əmisi oğlundan 4 min lira pul alıb.

Qadın10 gün K.G ilə birlikdə yaşadıqdan sonra Azərbaycana qayıdıb.

Bundan bərk əsəbləşən K.G əmisi oğlu A.R.T.-dən şikayət edib. O, Azərbaycanlı qadın onunla yaşamadığı üçün əmisi oğlundan pulunu geri tələb edib.

Manisa polis əməkdaşları tərəfindən saxlanılan A.R.T izahatı alındıqdan sonra sərbəst buraxılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM