Bu videoya görə 3 nəfər həbs edildiBAKIDA ƏMƏLİYYAT

12:04 | 20.09.2018
Bu videoya görə 3 nəfər həbs edildi – BAKIDA ƏMƏLİYYAT

Bu videoya görə 3 nəfər həbs edildiBAKIDA ƏMƏLİYYAT

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhər Xətai rayonu ərazisində, Əhmədlidəki marketdən yağ oğurlayan şəxsin həmin marketin rəhbəri və daha 2 nəfər tərəfindən tutularaq döyülməsi hadisəsinin görüntüləri yayılıb.

Görüntülərdən məlum olurdu ki, market işçiləri mağazadan yağ oğurlayan şəxsi təqib edərək tutub və onu təpiklərinin altına salaraq döyüblər.

Hadisənin görüntüləri yayılandan sonra məsələyə ictimai qınaq artıb və tanınmış insanlar da bu hadisəyə reaksiya göstərərk yağ oğurlayan şəxsin bu formada döyülməsinə etiraz ediblər. Artıq hüquq-mühafizə orqanları da məsələni araşdırıb və yağ götürüb qaçan şəxsin döyülməsinə görə araşdırmalara başlanılıb. Publika.az-ın əldə etdiyi məlumata görə, artıq vətəndaşı döyən şəxslərin 3-ü də həbs edilib.

Həmin videonu təqdim edirik.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM