“Exo” qəzeti öz fəaliyyətini dayandırır

16:08 | 18.05.2018
Rus dilində dərc olunan "Exo” qəzeti öz fəaliyyətini dayandırır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Minval.az” saytı yayıb.

Qəzetin saytının da fəaliyyətini dayandıracağı bildirilib.

Qeyd edək ki, "Exo” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski 8 mayda vəfat edib.

"Exo” qəzeti 2001-ci ildən, qəzetin saytı isə 2004-cü ildən fəaliyyət göstərir. Gündəlik qəzet hazırda 6 min tirajla çap olunur.

www.anews.az