"Qarabağ"dan qapçısının törətdiyi qəza ilə bağlı açıqlama

11:41 | 19.10.2018
Dünən "Qarabağ" klubunun qapıçısı Hanner Haldorson Bakıda ağır qəza törədib. Belə ki, o, idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg” markalı avtomobillə 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Hadisə nəticəsində piyadanın hər iki ayağı qırılıb.
 
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bununla bağlı Qaynarinfo-ya açıqlama verib. O, Haldorsonun məşqdən çıxandan sonra qəza törətdiyini bildirib:

"Hadisə məşq bitdikdən sonra baş verib. Amma özü xəsarət alan şəxsi xəstəxanaya aparıb. Orda nəzarət edib, xəstənin vəziyyəti ilə maraqlanıb".

www.anews.az

Xəbər lenti