11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün cərimə olundu

16:03 | 11.01.2016
11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün cərimə olundu

11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün cərimə olundu

Əməliyyatı Nəsimi polisi keçirib

Bakıda 11 nəfər valyuta tənzimi qaydasını pozduqları üçün cərimə olunub. Bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM