11 rayon qazsız qalacaq - XƏBƏRDARLIQ

12:52 | 13.08.2014
11 rayon qazsız qalacaq - XƏBƏRDARLIQ

11 rayon qazsız qalacaq - XƏBƏRDARLIQ

 Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 18.00-dək Ağdaş və Zaqatala rayonlarına, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, təmir-bərpa və quraşdırma işlərinin aparılması ilə əlaqədar isə saat 13.00-dək Bakının Nərimanov, saat 17.00-dək Kürdəmir və Abşeron, saat 18.00-dək Xaçmaz, Binəqədi, Sabunçu və Xətai, saat 19.00-dək Qaradağ, işlər başa çatanadək isə Nizami rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyətlər olacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM