13 yaşlı Yusifin anasının intiharı ilə bağlı MÜƏLLİMİNDƏN AÇIQLAMA

07:27 | 03.10.2018
13 yaşlı Yusifin anasının intiharı ilə bağlı MÜƏLLİMİNDƏN AÇIQLAMA

13 yaşlı Yusifin anasının intiharı ilə bağlı MÜƏLLİMİNDƏN AÇIQLAMA

Ötən gün Binə qəsəbəsində 160 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun qatarla toqquşması nəticəsində dünyasını dəyişən 13 yaşlı Yusifin texnologiya müəllimi Yeganə Hüseynova GoldNews.Az-a danışıb. 

Xanım müəllim açıqlamasında qeyd etdi ki, Yusifin anasının bir neçə saat əvvəl intihar etdiyi barədə yayılan məlumatlar barədə xəbərdar deyil:

"Bu gün müəllimlərlə başsağlığına getmişdik. Anasının vəziyyəti ağır idi. Deyirdilər ki, çox yaşamayacaq. Yusif 13 ildən sonra doğulan uşaq idi və ailənin tək övladı idi. Biz onlardan saat 5-də çıxdıq, anası o zaman sağ idi. Biz evə gəldikdən sonra belə bir addım atıbsa, bu barədə məlumatım yoxdur".

Y. Hüseynova onu da qeyd etdi ki, Yusif çox tərbiyəli və çalışqan şagird olub.

Xatırladaq ki, dünən Xəzər rayonunun Binə qəsəbəsində 160 saylı marşrutla hərəkət edən 10 TG 106 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə qatar toqquşub. Nəticədə 34 nəfər xəsarət alıb, iki nəfər ölüb. Qeyd edək ki, qəzaya uğrayan yük qatarı Dübəndiyə gedirmiş, onun qoşqusunda 12 boş çən olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb