14 yaşlı “avtoş qız” Nabranda tüğyan edib - FOTO

11:53 | 18.08.2014
14 yaşlı “avtoş qız” Nabranda tüğyan edib - FOTO

14 yaşlı “avtoş qız” Nabranda tüğyan edib - FOTO

O, bədəni döymələrlə dolu olan qız atası ilə geri qayıdıb.14 yaşlı “avtoş qız” Nabranda insanların çox olduğu çimərlikdə yüksək sürətlə maşın sürərək istirahət edənlərə təhlükə yaradıb.Şahidlərin Oxu.Az-a verdiyi məlumata görə, onlar istirahət zamanı maşınla vurulma və ya altında qalıb əzilmə təhlükəsi ilə üzbəüz qalıblar.Şahidlərin söylədiklərinə görə, Nabran istirahət mərkəzində insanların dincəldiyi ərazidə 14 yaşlı qız yüksək sürətlə “Nissan X-Trail” markalı 99 HA 513 dövlət nömrə nişanlı avtomobili idarə edərək, insanların həyatını təhlükəyə atıb. Ondan bu hərəkətinə son qoymaq tələb edildikdə isə o, cavab olaraq bədəni döymələrlə örtülmüş atası ilə geri qayıdıb. Atası isə qızının burada maşın sürəcəyini bildirib.İstirahət edənlərlə qızın atası arasında söz-söhbət yaranıb, bundan sonra qız bir neçə dəfə dövrə vuraraq ərazidən uzaqlaşıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM