15 “Gənclər Evi”-nin qrup rəhbərləri təlimatlandırıldı

13:51 | 08.07.2014
15 “Gənclər Evi”-nin qrup rəhbərləri təlimatlandırıldı

15 “Gənclər Evi”-nin qrup rəhbərləri təlimatlandırıldı

Bakı şəhərində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan “Azərbaycan Könüllülük Xidməti” proqramı çərçivəsində 15 “Gənclər Ev”-indən olan qrup rəhbərləri təlimləndirilib. Tədbirdə Bakı şəhərinin Suraxanı, Sabunçu, Xəzər rayonları eləcə də, Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran bölgələrinin “Gənclər Ev”-ləri təmsil olunub.Təlim zamanı ekspertlər tərəfindən iştirakçılara “Könüllük nədir?”, “Könüllülük fəlsəfəsi və Beynəlxalq Könüllülük Proqramları”, “Könüllülərlə işin psixoloji aspektləri”, “İdarəetmə” mövzuları üzrə təlimlər keçirilmiş və bu sahədə beynəlxalq təcrübə haqqında məlumat verilmişdir. Daha sonra iştirakçıların bilik və bacarıqları qiymətləndirilmişdir.Təlimləndirilmiş qrup rəhbərləri əldə etdikləri bilik və bacarıqları öz rayonlarında yerləşən “Gənclər Ev”-lərinin könüllülərini təlimləndirəcək və onları proqramda fəal iştirak etməyə həvəsləndirəcəklər.Məlumat üçün qeyd edək ki, “Azərbaycan Könüllülük Xidməti” Proqramının əsas məqsədi ölkədə könüllü hərəkatına təkan vermək, könüllülərin inkişafı və onların idarə edilməsinə və ölkədəki gənclər evləri və mərkəzləri arasında gənc könüllülərin mübadiləsinə dair standartların tərtib edilməsidir. Proqramın iyun ayında start götürməklə ilin sonunadək həyata keçiriləcək və ölkənin 60 gənc liderini və 15 gənclər evini və mərkəzini əhatə edəcək. Proqram çərçivəsində könüllülərlə iş üzrə yerli koordinatorların hazırlanması, yerlərdə könüllülərin 1 aylıq mübadiləsi və təcrübəsi proqramının təşkil olunması planlaşdırılır.“Azərbaycan Könüllülük Xidməti”-nin həyata keçirilməsində “Avropa Könüllülük Xidməti”-nin təcrübəsindən stifadə olunur. Xatırladaq ki, 2013-cü ilin may ayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Komissiyasının Gənclər Fəaliyyətdə (Youth in Action) proqramının Avropa Könüllülük Xidməti (European Voluntary Service) üzrə akkreditasiya sertifikatı alıb.Eyni zamanda 2013-cü ildə ARGTMŞ tərəfindən Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 10 gənclər təşkilatına Milli Akreditasiya Sertifikatı təqdim olunmuşdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM