100-dən çox insanı xilas edən məktəbli mükafatlandırılacaq - YENİLƏNİB

16:29 | 24.03.2024
100-dən çox insanı xilas edən məktəbli mükafatlandırılacaq - YENİLƏNİB

100-dən çox insanı xilas edən məktəbli mükafatlandırılacaq - YENİLƏNİB

Rusiya müsəlmanlarının ruhani lideri, müfti Şeyx Ravil Qaynutdin martın 22-də baş vermiş terror aktı zamanı 100-dən çox insanı "Crocus City Hall”dan çıxaran 15 yaşlı İslam Xəlilova mükafat təqdim edəcək.Bu barədə Rusiya Müftilər Şurasının bəyanatında deyilir.
 
İslam Xəlilov və onun valideynləri Moskvadakı Katedral məscidində keçirilən mükafatlandırma mərasiminə dəvət olunublar.

O, Rusiya müsəlmanlarının "Xidmətə görə” medalı ilə təltif olunacaq. Mükafat martın 29-da, cümə namazı zamanı təqdim olunacaq.
 
 09:29

15 yaşlı azərbaycanlı İslam Xəlilov terror aktı zamanı 100-dən çox insanı "Crocus City Hall”dan çıxarıb.Bu barədə "Mash” teleqram kanalı məlumat yayıb.

Məktəbli "Crocus City Hall”un qarderobunda yarımştat işləyib.

Onun sözlərinə görə, işə başlamazdan əvvəl fövqəladə hallar zamanı göstərişlər verilib və hadisə başlayanda göstərişlərə ciddi əməl edib. Atışma və sonrakı yanğın zamanı İslam şoka düşmüş kütləni dar keçiddən "Expo” pavilyonuna, sonra isə xidmət zonasından keçərək küçəyə və təhlükəsiz yerə apara bilib.

"Crocus City Hall” ticarət mərkəzinin sahibi Araz Ağalarovun oğlu Emin Ağalarov da sosial şəbəkə hesabında paylaşım edərək İslama etdiyi yardıma görə təşəkkürünü bildirib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM