150 sərxoş qadın saxlanıldı

18:53 | 09.04.2015
150 sərxoş qadın saxlanıldı

150 sərxoş qadın saxlanıldı

Bu ilin əvvəlindən indiyə qədər 150 sürücü qadın sərxoş avtomobil idarə etdiyi üçün saxlanılıb.

 Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, keçirilən reydlər zamanı sərxoş sürücülər arasında qadınların da sayı artır.

"İlin əvvəlindən bu günə qədər reydlər zamanı 150 sərxoş qadın sürücü müəyyən edilib. Çox təəssüflər olsun ki, həmin xanım sürücülər arasında ciddi qanun pozuntularına görə bir neçəsi də həbs edilib”, -deyə Vaqif Əsədov bildirib.

Yol polisi bildirib ki, polis əməkdaşlarına qarşı kobudluq edən qadın sürücülərə də rast gəlinib. Onlar barəsində də hüquq müstəvisində tədbirlər görülüb.

Qeyd edək ki, bundan sonra da reydlər davam edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM