184 tonluq elektrovozu dartan azərbaycanlı

16:31 | 29.03.2015
184 tonluq elektrovozu dartan azərbaycanlı

184 tonluq elektrovozu dartan azərbaycanlı

Qeyri-adi gücə malik bu insan ağır texnikanın görə biləcəyi işi görür. 

ANN.Az-ın Kəpəz TV-yə (Region TV) istinadən verdiyi məlumata görə, yaşadığı kənddə işə düşməyən avtomobilləri hərəkətə gətirib mühərrikini işə salmaq, ağır yükü qaldırmaq yalnız ona həvalə olunur.

Hər hansı idman növü ilə məşğul olmayan 29 yaşlı Ülvi Cabbarov Ağstafanın Köçəsgər kəndində yaşayır. İki uşaq atası olan kənd sakini bir neçə il öncə özündə qeyri-adi güc olduğunu hiss edib. Bundan sonra o, 184 ton çəkisi olan elektrovozu bir neçə metr hərəkət etdirməklə yerli sakinləri təəccübləndirib. Avtomobil yuma məntəqəsində çalışan Ü.Cabbarov normal şərait olmadığından bu bacarığını üzə çıxara bilmədiyini deyir. O, məşq edəcəyi təqdirdə təyyarə dartmaq gücündə olduğunu da bildirir.

29 yaşlı Köçəsgər kənd sakini ailədə yalnız atasında belə gücün olduğunu, elə ona da irsən keçdiyini bildirir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM