“20 Yanvar”dakı metroticarətlə bağlı son qərar AÇIQLANDI

22:43 | 31.10.2014
“20 Yanvar”dakı metroticarətlə bağlı son qərar AÇIQLANDI

“20 Yanvar”dakı metroticarətlə bağlı son qərar AÇIQLANDI

Gələn ilin yanvarından etibarən metronun “20 Yanvar” stansiyası qabağındakı rəzalətə son qoyulacaq. Axar.az xəbər verir ki, metronun qabağında hökm sürən xaos, basabas sərnişinləri boğaza yığıb. Sumqayıt, Lökbatan bazarlarına gedən sürücülərin hay-həşiri isə metronun qarşısını böyük bir bazara çevirib. Ancaq 2015-ci ildə “Avtovağzal” stansiyası açılmaqla “20 Yanvar” dairəsində yaşanan fəlakətli vəziyyət olmayacaq. O da bildirilir ki, bu stansiyanın təhvil verilməsi “20 Yanvar”da ticarətin tamamilə ləğv olunmasına gətirib çıxaracaq. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bildirib ki, 53 yeni stansiya və 84,3 kilometr metro xətlərinin inşası nəzərdə tutulur. Hazırda “Beynəlxalq Avtovağzal terminalı”ndan başlayaraq Qaraçuxur qəsəbəsinə qədər uzanan,12 stansiyadan və 18.1 km metro xəttindən ibarət olan III yeni (Bənövşəyi) xəttin tikintisi yerinə yetirilir. 

Belə ki, “Avtovağzal” (B-1); “Memar Əcəmi-2” (B-2) stansiyalarının tikintisi başa çatıb, avadanlıqların quraşdırılması və yerüstü sahənin abadlaşdırılması işləri gedir. Bu iki stansiyanın 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM