2015-ci ilin ilk günündə ardıcıl iki zəlzələ baş verib

19:37 | 01.01.2015
2015-ci ilin ilk günündə ardıcıl iki zəlzələ baş verib

2015-ci ilin ilk günündə ardıcıl iki zəlzələ baş verib

2015-ci ilin ilk günündə Azərbaycanda ardıcıl olaraq iki zəlzələ baş verib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu gün Xəzər dənizində iki zəlzələ hadisəsi qeydə alınıb. 

Birinci zəlzələ saat 05.34-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 55 km olub. İkinci zəlzələ isə saat 06.49-da Altıağacdan 56 km şərqdə - Xəzər dənizində qeydə alınıb. Bu zəlzələnin də maqnitudası 3.0 olub, lakin 58 km dərinlikdə baş verib. Hər iki yeraltı təkan hiss olunmayıb. 

Xatırladaq ki, bundan əvvəlki, yəni 2014-cü ilin sonuncu zəlzələsi Azərbaycan ərazisində 15 dekabrda qeydə alınmışdı. Həmin gün yerli vaxtla saat 08:05:56-da Naxçıvandan 60 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Yerin 13 km dərinliyində baş verən zəlzələnin maqnitudası 4,4 bal olub. Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.
15 dekabrda qeydə alınan ikinci zəlzələ yerli vaxtla saat 11:25:30-da Xəzər dənizində, yerin 59 km dərinliyində baş verib. Zəlzələnin maqnitudası 3,1 bal olub. Zəlzələ hiss olunmayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM