Sabah hava necə olacaq?

13:57 | 12.01.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Yaxın 2 gün ərzində Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya bildirib ki, yanvarın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü cənub qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam mülayimləşəcək.
 
Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək və arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 15-dək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü, arabir güclənən gilavar və xəzri küləklərinin bir-birini əvəz etməsi meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM