Sabah qar yağacaq

13:50 | 04.02.2015
Sabah qar yağacaq

Sabah qar yağacaq

Sabah ölkədə yağıntılı hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq, günün ikinci yarısında dəyişkən buludlu keçəcək. Şimal-qərb küləyi günün ikinci yarısından mülayimləşəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fevralın 5-də hava yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qara keçəcəyi gözlənilir. Günün ikinci yarısından etibarən qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək. Ayrı-ayrı yerlərəd duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM