Sabah hava necə olacaq?

13:35 | 12.02.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, fevralın 13-də Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 13-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Gündüz saatlarında bəzi rayonlarda yağıntılarda qısa fasilə yaranacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti təşkil edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM