Sabah hava necə olacaq?

15:13 | 24.02.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Fevralın 25-də ölkə ərazisində mülayim hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsaəsn yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında temperatur gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fevralın 25-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, səhər və axşam bəzi şərq rayonlarında çiskin olacağı ehtimal olunur. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyəək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, ETSN Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan yaxın 2-3 gün ərzində havanın sabit, əsasən yağmursuz keçəcəyi bildirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM