Sabahın hava proqnozu

13:28 | 25.02.2015
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Sabah Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da fevralın 26-da hava gün ərzində əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM