APA-nın məlumatına görə, indiyə qədər Baş Prokurorluğuna tövsiyə edilirdi, Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə isə tapşırılırdı ki, keçirdikləri yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması halları barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat versinlər.
Dəyişikliyə əsasən, dövlət sirri təşkil edən məlumatların əhatə dairəsi dəqiqləşdirilir, şəxsin yoxlanılma proseduru dəyişdirilir. Başqa sözlə, Baş Prokurorluğuna tövsiyə edilir, Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və Xüsusi Dövlət Mühafizə Xidmətinə isə tapşırılır ki, şəxsin xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri keçirərkən, yoxlama tədbirləri nəticəsində dövlət sirri ilə işləməyə buraxılacaq şəxsin "Dövlət sirri haqqında” qanunun 23.1.7-ci maddəsində nəzərdə tutulan əsasın (Azərbaycan Respublikasının təhlükəsizliyi üçün təhlükə törədən hərəkətlərinin aşkara çıxması) olub-olmaması barədə Milli Təhlükəsizlik Nazirliyinin rəyini alsınlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !