Sabah hava necə olacaq?

13:20 | 03.03.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Martın 4-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a deyib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında da arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM