Sabah hava necə olacaq?

12:38 | 05.03.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti olacaq.

Martın 6-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 isti olacağı gözlənilir.

Tibbi metereoloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında metereoloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Martın 7-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM