Sabah hava necə olacaq?

14:38 | 11.03.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah əsl yaz havası olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 761 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. 

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM