Sabah hava necə olacaq?

14:52 | 12.03.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Martın 13-də Azərbaycanda hava küləkli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, martın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq, cənub küləyi axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında martın 13-də havanın temperaturu gecə 2-5, gündüz 10-15 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında da hava gecə əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı proqnozlaşdırılır, dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti proqnozlaşdırılır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM