Sabah hava necə olacaq?

14:06 | 18.05.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində yağmursuz hava müşahidə olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-13˚, gündüz 21-26˚ isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu aran rayonlarında gecə 12-17˚, gündüz 24-29˚, dağlarda gecə 5-10˚, gündüz 15-20˚ isti olacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM