Dollar cüzi bahalaşdı - MƏZƏNNƏ

09:42 | 01.07.2015
Dollar cüzi bahalaşdı - MƏZƏNNƏ

Dollar cüzi bahalaşdı - MƏZƏNNƏ

Bu gün iyunun 30-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0485 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0054 manat və ya 0,46% ucuzlaşaraq 1,1679 manat olub.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM