Sabah hava necə olacaq?

12:44 | 24.09.2015
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bakıda və Abşeronda 26-30 dərəcə isti olacaq

Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 17-21, gündüz 26-30 dərəcə isti olacaq.  
 
Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.  


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM