Sabaha olan hava proqnozu

14:28 | 28.09.2015
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sentyabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.  

Bölgələrdə də hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM