Sabahdan etibarən "Baku-Bus” MMC-nin 2 saylı marşrut avtobusu iki gün test rejimində işləməyə başlayacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, sözügedən marşrut avtobusu 3 gün sonra-oktyabrın 19-da isə tam olaraq fəaliyyətə başlayacaq.
2 saylı marşrut avtobusunun hərəkət cədvəli – "20 yanvar” metro stansiyasi – Tbilisi prospekti – C.Cabbarlı küçəsi – Ş.Qurbanov küçəsi – Ş.Bədəlbəyli küçəsi – S.Rüstəm küçəsi – Dilarə Əliyeva küçəsi – Puşkin küçəsi – Neftçilər prospekti – Y.Səfərov küçəsi – Heydər Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Neymətulla küçəsi – Təbriz küçəsi – "N.Nərimanov” metro stansiyası – Ə.Rəcəbli küçəsi – "Elit” ticarət mərkəzi – Ə.Rəcəbli küçəsi – Z.Bünyadov prospekti – Atatürk prospekti – Z.Bünyadov prospekti - Arxiv idarəsi
Əks istiqamət: Arxiv idarəsi - Z.Bünyadov prospekti - Atatürk prospekti - Z.Bünyadov prospekti - Ə.Rəcəbli küçəsi - "N.Nərimanov” metro stansiyası - Təbriz küçəsi - A.Neymətulla küçəsi - Heydər Əliyev prospekti - Y.Səfərov küçəsi – Ü.Hacıbəyov küçəsi - Puşkin küçəsi - Dilarə Əliyeva küçəsi - S.Rüstəm küçəsi – Füzuli küçəsi - Ş.Qurbanov küçəsi – Z.Əhmədbəyov - Tbilisi prospekti - "20 yanvar” metro stansiyasi olacaqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !